Xurcun mağaza şəbəkəsi satış komandamıza qadın namizədləri dəvət edir!
Namizədə tələblər:
Yaş həddi: 20–30 yaş
Yalnız qadın namizədlər
Satış sahəsində minimum 1 il iş təcrübəsi
Azərbaycan dilində səlis danışıq
Rus dilini səlis bilmək
Müştərilərlə ünsiyyət və satış bacarığı
Məsuliyyətli olmaq və komandada işləmək bacarığı
Vəzifə öhdəlikləri:
Müştərilərə məhsullar haqqında məlumat vermək və seçimlərində kömək etmək
Satış prosesini həyata keçirmək və müştəri məmnuniyyətini təmin etmək
Məhsulların vitrinlərdə səliqəli yerləşdirilməsinə nəzarət etmək
Mağazada nizam-intizamı və səliqəni qorumaq
İş şəraiti:
Əmək haqqı: 700 AZN net
Bonus nəzərdə tutulmayıb.
İş yeri: Bakı şəhəri, mağaza filialları üzrə
Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilir.
Müraciət: CV-lərinizi Vatsap vasitəsilə 010 260 22 91 nömrəsinə göndərin.
Vacib qeyd: Rus dilini səlis bilməyən namizədlərin CV-lərinə baxılmayacaq. Xahiş olunur, yalnız elanda qeyd olunan tələblərə uyğun namizədlər müraciət etsinlər.