
Vəzifə Öhdəlikləri:
Müəyyən olunmuş marşrut üzrə HoReCa nöqtələrini (otel, restoran, kafe, şadlıq sarayı və catering şirkətləri) müntəzəm ziyarət
etmək,satış hədəflərini icra etmək və sifarişləri qəbul etmək;
Şəhər və ərazi üzrə yeni açılan və ya mövcud HoReCa obyektlərini aşkar etmək,
Təhvil verilmiş soyuducu, stend və digər brendinq/xidmət avadanlıqlarının düzgün istifadəsinə, vizual standarta və məhsulların
düzgün təqdimatına nəzarət etmək;
Satış sonrası çatdırılma prosesini, ödəniş şərtlərini debitor borcların (hesablaşmaların) vaxtında yığılmasını tənzimləmək;
Müştəridəki stok ehtiyacını dəqiq planlaşdırmaq.
Əsas tələblər:
Təcrübə: FMCG / HoReCa (otel, restoran, kafe) sektorunda satış təmsilçisi kimi minimum 1 il iş təcrübəsi;
Sürücülük: B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması mütləqdir;
Dil bilikləri: Azərbaycan dili – səlis
Proqram bilikləri: MS Office (Word, Excel – başlanğıc/orta səviyyə).
Fərdi keyfiyyətlər:
HoReCa sektoruna uyğun yüksək təqdimat, peşəkar kommunikasiya və etik davranış bacarıqları;
Danışıqlar aparmaq, müqavilə şərtlərini razılaşdırmaq və inandırma qabiliyyəti;
Nəticəyönümlülük, çevik problem həll etmə və dinamik iş mühitinə uyğunlaşma.
İş şəraiti və təminatlar:
Əməkhaqqı: Sabit əməkhaqqı (Fix) + Satış nəticələrinə görə aylıq Bonus;
Xərclərin qarşılanması: Yanacaq, amortizasiya və yemək xərcləri şirkət tərəfindən ödənilir;
Əlaqə: Korporativ nömrə və danışıq paketi;
İş qrafiki: 6 günlük iş həftəsi (Bazar günü – istirahət günü).
Müraciət forması:
Uyğun namizədlərdən cvlərini mövzu yerinə “Horeca üzrə Satış təmsilçisi” yazmaqla https://karyera.sirab.az/ ünvanına göndərmələrixahiş olunur.
Vatsap 099 900 35 89
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.