
Vacib: Bu vəzifədə TikTok canlı yayımları kamera açıq və sima görünməklə aparılır. 700 AZN-dən başlayan əməkhaqqı yalnız bu şərtlə işləyən əməkdaşlara aiddir. Canlı yayım aparmaq istəməyən və yalnız sosial media mesajlarının cavablandırılması üzrə çalışan əməkdaşlar üçün əməkhaqqı 600 AZN təşkil edir.
Vəzifə öhdəlikləri:
TikTok platformasında gündəlik canlı yayımlar aparmaq və şirkətin xidmətlərini peşəkar şəkildə təqdim etmək;
Canlı yayım zamanı izləyicilərlə aktiv ünsiyyət qurmaq, sualları operativ və düzgün şəkildə cavablandırmaq;
Instagram, TikTok, Facebook, WhatsApp və digər sosial media platformalarına daxil olan müraciətləri operativ və nəzakətli şəkildə cavablandırmaq;
Potensial sürücü namizədlərini və müştəriləri düzgün istiqamətləndirmək, xidmətlər və müraciət prosesi barədə məlumatlandırmaq;
Şirkətin xidmət və kampaniyalarını sosial media vasitəsilə düzgün şəkildə təqdim etmək;
Sosial media hesablarının aktivliyini qorumaq və şirkətin müsbət imicinin formalaşmasına töhfə vermək;
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.
Namizəddən gözləntilər:
Yalnız xanım namizədlər;
22 yaş və yuxarı olmaq;
Səlis nitqə və güclü ünsiyyət bacarığına sahib olmaq;
Kamera qarşısında rahat çıxış etmək və sima görünməklə canlı yayım aparmağa hazır olmaq;
TikTok və digər sosial media platformalarından aktiv istifadə etmək;
Gülərüz, məsuliyyətli, punktual və komandada işləməyi bacarmaq;
Öyrənməyə və inkişaf etməyə həvəsli olmaq.
Biz təklif edirik:
Rəsmi əmək müqaviləsi;
Stabil və mehriban iş mühiti;
Karyera yüksəlişi və inkişaf imkanı;
TikTok platformasında kamera açıq və sima görünməklə canlı yayımlar aparan əməkdaşlar üçün əməkhaqqı 700 AZN-dən başlayır və nəticələrə əsasən artırılır;
Yalnız sosial media hesablarının idarə olunması və mesajların cavablandırılması üzrə çalışan (canlı yayım aparmayan) əməkdaşlar üçün əməkhaqqı 600 AZN təşkil edir.
İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrosu yaxınlığı, Rəşid Behbudov küçəsi.
İş qrafiki (Günorta növbəsi):
Bazar ertəsi – Şənbə | 14:00–23:30/00:00
(İşin gedişatından asılı olaraq çıxış saatı 23:30 və ya 00:00 ola bilər.)
İstirahət günü: Bazar
Müraciət qaydası: CV-nizi yalnız 099 334 09 09 Vatsap vasitəsilə aşağıdakı nömrəyə göndərin.