
Baku Electronics yeni əməkdaşların işə qəbulu üçün vakansiyalar elan edib
Azərbaycanın aparıcı elektronika pərakəndə satış şəbəkələrindən biri olan Baku Electronics komandasını genişləndirmək məqsədilə müxtəlif istiqamətlər üzrə yeni vakansiyalar elan edib. Şirkət sabit iş yeri, peşəkar inkişaf imkanları və rəqabətli əmək şəraiti axtaran namizədləri müraciət etməyə dəvət edir.
Hazırda aşağıdakı vəzifələr üzrə işə qəbul həyata keçirilir:
Yük maşını sürücüsü
Çatdırılma üzrə təmsilçi
Anbar xidməti işçisi (fəhlə)
Baku Electronics əməkdaşlarına rəqabətli əmək haqqı, yüksək bonus sistemi, peşəkar iş mühiti və karyera inkişafı üçün geniş imkanlar təqdim edir.
Vakansiyalar barədə ətraflı məlumat almaq və birbaşa əlaqə yaratmaq istəyən namizədlər http://b-e.az/HR-wp keçidi vasitəsilə müraciət edə bilərlər (+994 55 203 66 14 Vatsap).
Şirkətin digər mövcud vakansiyaları ilə tanış olmaq və CV göndərmək üçün isə Baku Electronics-in rəsmi karyera portalına daxil olmaq tövsiyə olunur: careers.bakuelectronics.az.
Baku Electronics ölkənin ən böyük elektronika pərakəndə satış şəbəkələrindən biri olaraq peşəkar və motivasiyalı namizədləri dinamik komandasının bir hissəsi olmağa dəvət edir.