
Avtobus sürücülərinin (qadın və kişi) nəzərinə!
“Xaliq Faiqoğlu” MMC avtobus sürücüsü vəzifəsinə işə qəbul elan edir!
İctimai nəqliyyat sahəsində peşəkar karyera qurmaq istəyirsiniz?
“Xaliq Faiqoğlu” MMC sürücü olmaq istəyən qadın və kişilər üçün xüsusi dəstək proqramı təqdim edir.
SİZƏ NƏ TƏKLİF EDİRİK?
D kateqoriyalı sürücülük vəsiqəsinin əldə edilməsi üçün tələb olunan təlim, hazırlıq, imtahan və sənədləşmə ilə bağlı xərclərin şirkət tərəfindən qarşılanması;
İctimai nəqliyyat sahəsində avtobus sürücüsü kimi fəaliyyət göstərmək üçün tələb olunan 7 illik etibarlılıq müddətinə malik müvafiq sertifikatın əldə edilməsinə dəstək;
Sabit və etibarlı iş mühiti;
Peşəkar komandada inkişaf və karyera imkanları;
Peşəkar psixoloq dəstəyi – sürücülərin psixoloji rifahının qorunması, stressin idarə olunması və emosional dayanıqlığının gücləndirilməsi məqsədilə psixoloji məsləhət və dəstək xidmətləri.
NAMİZƏDLƏRƏ TƏLƏBLƏR
Qadın və kişi namizədlər müraciət edə bilərlər;
Yaş həddi: 22-55 yaşa qədər;
Avtobus sürücüsü kimi çalışmağa maraqlı olmaq;
Yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə məsuliyyətlə yanaşmaq;
Sərnişinlərlə düzgün və nəzakətli ünsiyyət qurmaq;
İntizamlı və məsuliyyətli olmaq;
Müvafiq sürücülük vəsiqəsi və peşə hazırlığı tələblərinə cavab vermək.
İŞ ŞƏRAİTİ:
Vəzifə: Avtobus sürücüsü
İş yeri: Bakı şəhəri
İş rejimi: Növbəli
Əməkhaqqı: 1280 AZN (iş saatı-8 saat)
GƏLƏCƏYİNİZƏ BİRLİKDƏ İSTİQAMƏT VERƏK!
Peşəkar sürücü olmaq və “Faiqoğlu” komandasına qoşulmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 23A, “SAFA Plaza”, 5-ci mərtəbə.
Vatsap: 055 505 85 85