
Rahat Supermarketlər şəbəkəsi Əsas vəsaitlərin uçotu və inventarizasiyası üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri
Mağaza, anbar və ofislərdə əsas vəsaitlərin fiziki sayımında (inventarizasiyasında) iştirak etmək;
Əsas vəsaitlərin inventar nömrələri ilə markalanmasına və inventar siyahılarının hazırlanmasına dəstək göstərmək;
Fiziki sayımın nəticələrini uçot məlumatları ilə müqayisə etmək və aşkar edilmiş fərqləri qeydə almaq;
Əsas vəsaitlərin yerləşdiyi məkan və maddi məsul şəxslər barədə məlumatları yoxlamaq və yeniləmək;
Əsas vəsaitlərin qəbulu, yerdəyişməsi və silinməsi ilə bağlı sənədləşmə prosesinə dəstək göstərmək;
Əsas vəsaitlərin reyestrinin aparılmasında və məlumatların mühasibat uçotu sisteminə daxil edilməsində iştirak etmək;
İnventarizasiya aktlarının və sayım nəticələri üzrə hesabatların hazırlanmasına kömək etmək;
Aşkar edilmiş uyğunsuzluqların araşdırılması və aradan qaldırılması prosesində iştirak etmək.
Namizədə dair tələblər
Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə təhsil almaq və ya müvafiq ixtisas üzrə məzun olmaq;
Mühasibat uçotu və əsas vəsaitlər üzrə ilkin biliklərə malik olmaq;
MS Excel proqramında baza səviyyəsində işləmək bacarığı;
Dəqiqlik, məsuliyyət və detallara diqqət;
Komanda ilə işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
Mağaza və anbarlarda keçirilən səyyar inventarizasiya işlərində iştirak etməyə hazır olmaq;
İş təcrübəsi tələb olunmur.
İş şərtləri
İş yeri: Rahat Supermarketlər şəbəkəsi
İş qrafiki: 5 günlük iş həftəsi
Əmək haqqı: Namizədin bilik və bacarıqları nəzərə alınmaqla, müsahibə əsasında müəyyən ediləcək.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Əsas vəsaitlərin uçotu və inventarizasiyası üzrə təcrübəçi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.