
İş yeri: Kəlbəcər rayonu
İş barədə məlumat
Tikinti sahəsində fiber optik kabellərin, Cat6 və Cat6A kabellərin çəkilməsinə nəzarət etmək;
CCTV kameraların, DVR və NVR avadanlıqlarının işlək vəziyyətinə nəzarət etmək;
Switch, router, patch-panel və digər şəbəkə avadanlıqlarının texniki vəziyyətini yoxlamaq;
Nəzarətində olan zəif axın sistemlərinin texniki vəziyyətinə nəzarət etmək;
Tabeliyində olan texniklərin gündəlik iş fəaliyyətini təşkil etmək;
Texniki heyət arasında iş bölgüsü aparmaq;
Görülən işlərin keyfiyyətinə və müəyyən edilmiş müddətlərdə tamamlanmasına nəzarət etmək;
Namizədə tələblər
Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi tələb olunur;
Kişi namizəd;
Orta təhsil;
Zəif axın sistemlərinin iş prinsiplərini bilməli;
LAN şəbəkələrinin və strukturlaşdırılmış kabel sistemlərinin quruluşunu bilməli;
Texniki sxem və layihələrini oxumalı;
Kabel test cihazı, multimetr və digər ölçü cihazlarından istifadə qaydalarını bilməli;
Fiziki cəhətdən sağlam;
Təhlükəsizlik qaydalarına ciddi riayət olunması
İş şəraiti:
Həftədə 6 gün iş, 1 gün istirahət.
Əmək haqqı: 1100 AZN (Namizədin bilik və təcrübəsinə əsasən müsahibə nəticəsində müəyyən ediləcək)
Uyğun namizədlər CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Texniki icraçı” yazaraq göndərə və ya Whatsapp nömrəsinə +994 55 213 78 41 yaza bilər.