
İşəgötürən: Azərbaycan Supermarket (Bravo)
Namizədə dair tələblər:
Cins: hər ikisi
Yaş: 25-60
İş təcrübəsi müddəti: Tələb olunmur
Təhsil: Orta təhsil
Dil bilikləri: Azərbaycan dili
Digər tələblər:
Vəzifələr: işçinin vəzifə və öhdəlikləri
SƏTƏM qaydalarına riayət etməklə market ərazisinin və marketə məxsus avadanlıqların gigiyena qaydalarına uyğun şəkildə təmizliyini həyata keçirmək;
Zibil və tullantıların mütəmadi olaraq toplanması və atılmasını həyata keçirmək;
Sanitar qovşaq, tualet və bütün xidmət otaqlarına qulluq etmək və təmizləmək;
Kimyəvi təmizləyici vasitələri və elektrik avadanlıqlarını təlimata uyğun saxlamaq və istifadə etmək;
Təmizləyici maşından istifadə edərək döşəmələri silmək, anbarı süpürmək, zal, həyət, tualet və sanitar qovşaqları təmizləmək;
Vəzifə ilə bağlı olan və əlavə SƏTƏM təlimatları tələb etməyən digər (məhsulların satışı) işləri həyata keçirmək;
Əməkhaqqı məbləği: 490-560 AZN + bonus
Əlavə imkanlar: Ödənişsiz təlimlər və karyera imkanları
İş yerinin ünvanı: Bakı şəhəri
Həftənin iş günləri: 6 günlük
İş saatları: 9 saatlıq, növbəli iş rejimi
Müraciət qaydası:
Vatsap: 010 230 98 89 vəya Təmizlik işçisi vakansiyaları üçün işə müraciət formu/Bravo Supermarket
Müraciət üçün tarix: 28.10.2026
Haqqında: BRAVO 2016-cı ildən etibarən Azərbaycanın pərakəndə satış sektorunda ilk hipermarket təcrübəsini təqdim etməklə, ölkəyə modern marketçilik ənənəsini gətirib. 4 format ( Hiper, Super, Market və Ekpress), zəngin məhsul çeşidi, münasib qiymətlər və güclü müştəriyönümlü strategiya BRAVO-nu minlərlə insanın gündəlik etibarlı alış-veriş ünvanına çevirib.