
İş yeri: Bakı şəhəri, Xətai rayonu, "Blue Office" (Nargilə kafesinin yaxınlığı).
Vəzifə öhdəlikləri:
Ofis daxilində gündəlik təmizlik və səliqə-sahman işlərinin yüksək səviyyədə görülməsi;
İş masalarının, rəflərin, şüşəli səthlərin və ofis avadanlıqlarının tozunun silinməsi;
Döşəmənin mütəmadi olaraq tozsoranla təmizlənməsi və nəm silinməsi;
Mətbəx zonasının təmiz saxlanılması, çay/kofe stəkanlarının yuyulması;
Sanitar qovşaqlarının gündəlik təmizlənməsi, dezinfeksiya edilməsi və gigiyenik vasitələrin (sabun, kağız və s.) vaxtında yenilənməsi;
Gün ərzində zibil qablarının boşaldılması və torbalarının dəyişdirilməsi.
Tələblər:
Yaş həddi: 25 - 40 yaş arası xanımlar;
Ofis təmizliyi sahəsində müvafiq iş təcrübəsi olması arzuolunandır;
İşində məsuliyyətli, təmizkar, nizam-intizamlı və çevik olmalı;
Kollektivlə düzgün ünsiyyət qurma bacarığı.
İş şəraiti və qrafik:
İş qrafiki: Həftədə 6 gün (Bazar ertəsi – Şənbə);
İstirahət günləri Bazar
Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq (minimum 600azn).
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən tam rəsmi sənədləşmə (Əmək müqaviləsi bağlanılır);
Əlaqə: +994 77 325 25 28 (Zəng və ya WhatsApp)
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.