AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri
40.2K subscribers
592 photos
3 videos
9.57K links
Azərbaycanda vakansiyalar, iş elanları

Ödənişli iş elanı yayımı üçün: @AzVak_elan ya elan@azvak.az

Əlaqə: 051 343 73 07

AzVak kanalı elanların məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında danışıqlara və razılaşmalara görə məsuliyyət daşımır.
Download Telegram
Forwarded from İKT, kompüter işləri
İT mütəxəssisi tələb olunur

İşəgötürən: Logi Group MMC

İş barədə məlumat

Vəzifə öhdəlikləri:
- Noutbuk, masaüstü kompyüter, printer və digər şəbəkə avadanlıqları da daxil olmaqla bütün cihaz və proqram təminatlarının quraşdırılması,yüklənməsi və problemlərin aşkar olunaraq operativ şəkildə icra olunmasını təmin etmək
- Kompyuter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, şəbəkənin monitorinqinin təmin edilməsi
- Windows Server, Active Directory və Group Policy anlayışından tam xəbərdar olmaq
- Kompyüterlərin yığılması, sökülməsi,təmiri
- Switch, AP və Router şəbəkə avadanlıqlarının quraşdırılması və göstərişə uyğun olaraq təyin olunmuş məntəqəyə yerləşdirilməsi.
- LAN, WAN, WiFi şəbəkələrinin işini dəstək səviyyəsində təmin etmək(mikrotik, unifi və.s)
- Kabelləri sonlandırmaq
- Program təminatında texniki probemləri aradan qaldırmaq

Aşağıdakı avadanlıqlar haqqında məlumatlı olması:
- İP və analog kameralar üzrə biliklərin olması
- Barmaq izi, kartli keçid və biometrika cihazları
-Turniket və şlaqbaum sistemləri
- İş günləri: Bazar ertəsi - şənbə (Bazar günü istirahət günüdür)
- Əmək məcəlləsinə uyğun sənədləşmə

Namizədə tələblər
- Ali təhsilli olması
- Bu sahədə ən azı 2 il iş təcrübəsi
- Ezamiyyətə getmək imkanı
- Yaş həddi: 22-35 yaş
- Əmək haqqı: 700-900 manat

Maraqlananlar CV-ni "İT mütəxəssis" yazaraq info@logigroup.az mail ünvanına göndərə bilərlər

Şirkət haqqında: Logi Group MMC İT autsorsinq şirkətidir. Serverlərin, şəbəkələrin və təhlükəsizlik sistemlərinin qurulması xidmətlərini göstərir.
Forwarded from Tibb vakansiyaları
Tibb bacısı tələb olunur

İşəgötürən: DTSERA (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi)

Əmək haqqı: 800-1000 manat

İş yeri: Bakı
İş təcrübəsi: 1 il
Təhsil: “Feldşer” və ya “Tibb bacısı” ixtisası üzrə orta tibb təhsili
Yaş həddi: 23 - 45 yaş

Vəzifə öhdəlikləri:
-Ekspertiza işlərinin normal gedişinə şərait yaradılmasını təmin etmək;
-Tibb qeydiyyatçısının işinə nəzarət, həkim-ekspertlərin tapşırıq və təyinatlarının qeydiyyatını aparmaq;
-Xəstələrin vəziyyətini nəzərə alaraq müayinə növbəsini təşkil etmək, ehtiyac olduqda xəstələrə ilkin tibbi yardım göstərmək;
-Komissiyanın arxivinin düzgün saxlanılmasını təmin etmək;
-Tibbi-sosial ekspert komissiyasının hesabatının tərtibində iştirak etmək, göstəriş və tapşırıqları yerinə yetirmək;
-Tibbi-sosial ekspert komissiyasına daxil olan təlimatların və elmi ədəbiyyatın saxlanılmasını təmin etmək;
-Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.

Tələblər:
-MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı.

Təminatlar:
-İllik performans göstəricilərinə uyğun mükafat sistemi;
-Kollektiv mükafat.
İş qrafiki: 5 günlük – 09:00–18:00

CV-nizi dtsera_cv@sosial.gov.az e-mail adresinin mövzu hissəsində “Feldşer” və ya “Tibb bacısı” qeyd edərək göndərə bilərsiniz.

həkim köməkçisi
Direktor sürücüsü tələb olunur

İşəgötürən : Premium Mining

Əmək haqqı: 700 – 1000 AZN

Badamdar qəsəbəsi, Milli Məclis, Yasamal tərəfdə yaşayan namizədlərə üstünlük verilir;

Vəzifə öhdəlikləri:
Təhkim olunmuş minik avtomobilinin saz vəziyyətini təmin etməli;
Avtonəqliyyat vasitəsinin düzgün, qəzasız, düzgün texniki istismarını həyata keçirmək;
Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasının,onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək, nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamaları keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında aradan qaldırılmasını təmin etmək,
Avtonəqliyyat vasitəsini yollarda təyin olunmuş sürət həddindən yüksək sürməmək;
Vaxtı-vaxtında minik avtomobilini texniki xidmətdən keçirməli;
Minik avtomobilinin salonunu və mühərrikini təmiz saxlamalı;
Birbaşa rəhbəri tərəfindən verilən tapşırıqları yerinə yetirmək;.

Namizədə tələblər:

Ailə sürücüsü kimi ən azı 2 il iş təcrübəsi olmalıdır;
Yaş həddi 45-57 yaş aralığı.
İş şəraiti:
5 günlük iş norması;
Qanunvericiliyə uyğun sənədləşmə;

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini hr@premiummining.az elektron ünvanına (“Direktor sürücüsü” başlığı ilə) göndərməyini xahiş edirik.

sürücü
Forwarded from Tibb vakansiyaları
Kosmetoloq (Estetik həkimi) tələb olunur (Qəbələ)

İşəgötürən: Chenot Palace

Faydalar:
Qonaqlama (digər bölgələrdən olduğu halda)
Qidalanma (işçi yeməkxanasında)
Servis xidməti.


Ünvan: Qəbələ

Əsas öhdəliklər:
Qonaqları salamlamaq.
Qonaqların suallırını cavablandırmaq.
Qonaq profilini nəzərdən keçirmək və yeniləmək,qonağın ehtiyaclarını qarşılamaq və əks göstərişlərin qarşısını almaq üçün həyata keçirilən prosedurları özəlləşdirmək.
Spa prosedurlarını həyata keçirmək.
Qonaqların ehtiyaclarını nəzərə alaraq spa məhsulları və əlavə spa xidmətlərini təklif və təbliğ etmək.
Qonaqlarla vidalaşmaq və qonaqların proqramına əsasən növbəti prosedurun həyata keçəcəyi şöbəyə ötürmək.
Spa üçün nəzərdə tutulmuş qrafik və görüş cədvəlini izləmək.
Prosedur otaqlarının təmizlik və gigiyena qaydalarına riayət etmək.
Peşəkar məhsul və təchizatların sayına nəzarət etmək.
İşlədiyi avadanlıqların qayğısına qalmaq.
Spa və Sağlamlıq departamentinin əməliyyat standartlarına, qaydalarına və göstəriş formalarına riayət etmək.
Məxfiliyi və qərəzsizliyi qorumaq.
Keyfiyyətli xidmət göstərməkdə komanda işinin rolunun başa düşülməsi.
Xidmət ehtiyaclarını qarşılamaq üçün daima dəyişən və inkişaf edən iş rejimində çeviklik.
İşə götürənə və şikayət proseduru qaydalarına qarşı məsuliyyət daşımaq.
Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək.
Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq.

Tələblər:
Müvafiq sahədə 1+ il təcrübə
Xarici dil – Rus və İngilis
Kosmetoloq (estetik) sahəsində diplom və sertiifikat,
Səlis danışıq qabiliyyəti
İşinə qarşı məsuliyyətli və həvəsli
Vəzifə öhdəliklərinin tam və vaxtında icra etmə bacarığının olması
Təqdimat bacarığının olması

Maraqlanan namizədlər CVlərini hr@chenotpalacegabala.com e-mail ünvanına göndərə bilərlər. CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını "Kosmetoloq (Estetik həkimi)" qeyd edin.

Son müraciət tarixi 08 iyun 2024.
Müsahibəçi tələb olunur - - Part time İŞ + Tələbələrdə müraciət edə bilər.

İşəgötürən: Business İnsight şirkəti

Marketinq araşdırmalarını həyata keçirmək üçün müəyyən olunmuş insanlarla anketlərin aparılması

- Anket keçirən zaman insanlarla səlis və səmmi ünsiyyət qurmaq
- Verilən cavabların planşetə qeyd edilməsi
- Digər işimiz gizli müştəri olaraq şirkətlrin ziyarət edilməsi və verilən xidmətin keyfiyyəti haqqında məlumat vermək

İş rejimi: həftədə 6 iş günü
- İş saatı: 09:00-dan - 18:00-dək
- Rəsmi müqavilə ilə
- Məsuliiyyətli, ciddi, işgüzar, məqsədyönlü
- Yalnız Xanım namizədlər
- Kollektivdə işləmək bacarığı olan
- İnsanlarla yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı
- İnsanlarla səlist və mehriban danışıq
-Öyrənməyə və inkşaf etməyə həvəsli
-Təlimlər keçirilərək iş öyrədilirş
-Əmək haqqı işə muzd formada ödənilir. Buna görədə xidməti müqavilə bağlanır.
-Orta aylıq əmək haqqı 600-900 manat

-Əlaqə: 077-437-10-10 zəng
070-801-00-59 Whatsaap nömrəsinə "Müsahibəçi" qeyd edərək müraciət edə bilərsiniz.
Baş müdirin assistenti tələb olunur

İşəgötürən: Azeronline LTD

Vəzifə öhdəlikləri:
Birbaşa rəhbərliyin verdiyi tapşırıqları icra etmək
İclasların və müşavirələrin təşkili
Məlumatların konfidensiallığını qorumaq,
Rəsmi məktubların qeydiyyatı və cavablandırılması
Gündəlik görüləcək işlərin planlaşdırılması, görüşlərin təşkili, şöbələrə aid verilən tapşırıqların icrasını nəzarətdə saxlamaq və hesabatını aparmaq
Rəhbərliyin tapşırıqlarını aktiv şəkildə təyinatı üzrə yönləndirmək və məruzə etmək

Tələblər:
Ali təhsil
İş təcrübəsi: minimum 3 il
Dil bilikləri: Azərbaycan ( rəsmi və düzgün yazı qaydaları), Rus ( səlis ), İngilis (arzuolunandır)
MS Office proqramları ilə işləmək bacarığı
Kommunikasiya bacarığı
İş qrafiki: 5 günlük ( 09:00-18:00 )

Şirkət tərəfindən güzəştlər: 3 ay sınaq müddətindən sonra tibbi sığorta, GSM limit, nahar xərcləri

Uyğun namizədlər CV-ni hr@azeronline.net e-mail ünvanına “Assistant” qeyd edib göndərə bilər.

müdirin köməkçisi
Maliyyəçi tələb olunur

İşəgötürən: İNTEX Audit & Consulting

Tələblər:

Mühasibatlıq / Maliyyə / İqtisadiyyat sahəsində universitet təhsili olmalı;
Minimum 3 il auditor və maliyyəçi təcrübəsi olmalı;
Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli;
Maliyyə balanslarının hazırlanmasında müvafiq təcrübəsi olmalı (yeni satınalma qanunlarına müvafiq);
Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, dövriyyə cədvəlləri və balans hazırlamağı və onu oxumağı bilməli;
1C 8.3 mühasibat proqramlarında, Office proqramlarında (Excell, Word və s.) və elektron hesabat proqramlarında (BTP, EVHF, EQF, B1, statistika) yüksək səviyyədə işləmə bacarığı olmalı;
Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
Beynəlxalq mühasibat uçotu və maliyyə hesabatları, Beynəlxalq Audit Standartları üzrə iş təcrübəsi əlavə dəyərləndiriləcək.
ACCA / CPA sertifikatları olanlara üstünlük veriləcək.
Fikrini izah etmək qabiliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;

Vəzifələr:
Maliyyə hesabatlarının Auditini aparmaq, maliyyə hesabatları və auditin nəticəsinə dair məlumat hazırlamaq;
Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarını təhlil etmək və nəticələr barədə hesabat hazırlamaq;
Gəlir və xərclərin təhlili (alış və satış qaimələri, əmək haqqı hesablama cədvəlləri, bank və kassa çıxarışları əsasında dövriyyə cədvəlinin yığılması, balansın hazırlanması);
Mühasibat uçotunun Uçot Siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparılmasını təhlil etmək və nəzarət etmək;
Mal varlıqlarının (anbar və əsas vəsaitlər) inventarizasiyasını aparmaq və nəticələrə uyğun hesabat hazırlamaq;
Firmadaxili aylıq maliyyə hesabatlarını hazırlamaq;
Daxili nəzarət (audit);
Vergi risklərini proqnozlaşdırmaq və hesabat hazırlamaq;

İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Əmək haqqı, hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir)

CV-nizi vacancy@intexaudit.az e-mail adresinin mövzu hissəsində "Maliyyəçi" yazaraq müraciət edə bilərsiniz.
Anbar fəhləsi tələb olunur

İşəgötürən: Sirab Satış və Dağıtım MMC

Əsas tələblər:
Yaş həddi: 18-45;
Fiziki sağlam.

Vəzifə öhdəlikləri:

Anbara daxil olan TIR-lardan yüklərin boşaldılması;
Müvafiq yüklərin rəflərə və paletlərə yığılması;
Su və içki məhsullarının yük maşınlarına yüklənməsi;
Verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.
Əmək haqqı və əlavələr:
Yüklənən yükün həcminə görə əlavə bonus;
Yemək şirkət tərəfindən

İş vaxtının norması:
6 günlük iş rejimi;
İstirahət günü: Bazar günü.

İş yeri:
Bakı şəh.Babək prospekti. Qaraçuxur,Əlişir Nəvai küçəsi,17

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Fəhlə” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.

Əlaqə vasitəsi:
012 404 32 38; 050 291 11 65
Qeydiyyatçı tələb olunur

İşəgötürən: Caspian Equipment Company şirkəti

Namizədə olan tələblər:

· Ali təhsil;
· Azərbaycan dili səlis, ingilis dili və rus dili biliyi üstünlükdür;
· Ofis proqramları (MS Excel, MS Word) ilə işləməyi bacarmalı;
· Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
· Yüksək səviyyədə təşkilatçılıq bacarığı.

Vəzifə təlimatları:

· Ofisə gələn qonaqların və müştərilərin qarşılanması, yönləndirilməsi və yola salınması;
· Daxil olan telefon zəngləri və maillərin cavablandırılması;
· Daxil olan və göndərilən məktubların qeydiyyatının aparılması;
· Daxil olan məktubların aidiyyatı üzrə yönləndirilməsi;
· İclas və görüşlərin təşkil edilməsi üçün otaqlarda zəruri şəraitin yaradılması;
· Kargüzarlıq işlərinin, sənədlərinin və kompüter vasitəsilə göndərilən məlumatların təşkil edilməsi və saxlanılması.

İş şərtlərimiz:

· Əmək haqqı: 637-731 AZN;
· İş qrafiki : Həftə içi 5 gün;
· İş saatları: 08:30-17:30;
· İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz) ;
· Servis xidməti mövcuddur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Qeydiyyatçı” yazaraq hr@cec.az ünvanına göndərmələri xahiş olunur.

Şirkət 2019 ildə fəaliyyətə başlamış olub əsas funksiyası avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların topdan satışını həyata keçirməkdir.
İnşaat Mühəndisi tələb olunur

İşəgötürən: DDLAR Group / "DDLAR İNŞAAT" QSC”

Vəzifə və Öhdəlikləri:

Layihələrin mühəndis-axtarış, quraşdırılma və implementasiyası proseslərini planlaşdırmaq və metodologiya, icra üsullarının hazırlanmasında iştirak etmək, tələb olunan sənədləri tərtib etmək və müvafiq hesabatlılığı təmin etmək üçün formaları hazırlamaq;
Tikintinin başlanması üçün tələb olunan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq, müvafiq düzəlişlər tələb olunduqda zəruri tədbirlərin görülməsi üçün müraciət etmək və nəzarət altında saxlamaq;
Tikinti sahələrində yerinə yetiriləcək işlər üçün hazırlıqların təşkilinə, hazırlıq işlərinin yerinə yetirilməsinə və qrafiklərinə nəzarət etmək;
Mühəndislik işlərinə və materialların, texnika və avadanlıqların yerləşdirilməsinə, montaj işlərinin icrasına və layihənin bütün tələblərinə uyğun iş qrafiklərinə riayət edilməsinə, tikinti-quraşdırma işlərinin həcm, müddət və keyfiyyət baxımından qoyulan tələblərə uyğunluğuna nəzarət etmək;
İstifadə olunan və quraşdırılan material, avadanlıq və konstruksiyaların təsdiqlənmiş layihə-smeta sənədlərinə, işçi cizgilərinə, standart və normalara uyğunluğuna nəzarət etmək;
Yerinə yetirilən işlərin texnoloji ardıcıllığına, icra üsullarına, layihə və normativ sənədlərin tələblərinə uyğun aparılmasına nəzarət edərək təmin etmək;
Aşkarlanan qüsurların aradan qaldırılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək;
Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinə ciddi riayət etmək.

Tələb olunan biliklər:
İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – arzuolunandır;
MS Office, Excel sərbəst, Autocad;
Tikinti normalarına dair biliklər.

Tələb olunan bacarıqlar:
Yüksək ünsiyyət və davranış keyfiyyətinə malik olması;
Problem həlletmə bacarığı;
Zamanın düzgün idarə olunması bacarığı;
Təşkilatçılıq bacarığı;
Araşdırma bacarığı;
Məsələləri prioritetləşdirmək bacarığı.

İş şəraiti:
Bakı şəhəri;
İş qrafiki: 5 günlük;
İş saatı: 09:00 – 18:00;
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Mövzu yerinə “İnşaat Mühəndisi” qeyd edərək info@ddlar.com e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Fəhlə tələb olunur

İşəgötürən: NUR KAUÇUK MMC

- İş yeri Saray qəsəbəsində yerləşir

- Xırdalan,Masazır,Sumqayıt və ətraf ərazilərdə yaşayan namizədlərə üstünlük verilir

E-mail
info@nurkaucuk.az

İş barədə məlumat
- AZ Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- Əmək haqqı namizədə görə dəyişilə bilər
- Nahar şirkət tərəfindən verilir
- İş qrafiki: 08:00-dan - 18:00-dək

Namizədə tələblər
- İşində məsuliyyətli olmalı
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirməli
- Təhlükəsizlik qaydalarına əməl etməli

Namizədlər "fəhlə" qeyd edərək (050) 235-23-23 nömrəyə zəng vura bilərlər və yaxud ali.huseynov@nurkaucuk.az e-mail ünvanına CV göndərə bilərlər
Marketinq üzrə mütəxəssis üzrə "ASIA Motors" şirkəti vakansiya elan edir.

Tələblər:
- Rəqəmsal marketinq üzrə təcrübə, bütün növ dijital platformalarda işləmə bacarığı (Facebook Business, Instagram, Google ADS, YouTube, LinkedIn və s.);
- Ali təhsil (iqtisadi ali təhsil arzuolunandır);
- Azərbaycan dilini səlist bilməli, Rus və İngilis dilini yaxşı bilməli;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi olmalı;
- Avtomobil sahəsində təcrübə arzuolunandır;
- MS Windows, Microsoft Office (Excel, Word, Outlook), 1C proqramlarında işləmək bacarığı olmalı;
- Məsuliyyətli, operativ, dəqiq, komanda ilə çalışa bilən olmalı;
- Aktiv, çevik və ünsiyyətcil olmalı;
- Kreativ yanaşmaya sahib və yeniliklərə açıq olmalı;
- Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə bacarığı olmalı;
- Satış qabiliyyəti və hədəf yönümlü olmalı;
- Yaş həddi: 24-35;

Vəzifələr:
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Bütün növ marketinq layihələrinə nəzarət etmək, koordinasiya etmək, marketinq alətlərində işləmək;
- Şirkətin bütün rəsmi sosial media hesablarının idarə edilməsi;
- Marketinq planının hazırlanması və həyata keçirilməsi;
- Outdoor və indoor reklamların yerləşdirilməsi;
- Press relizlərin yazılması;
- Şirkətə məxsus internet səhifələrinə nəzarət və dəyişikliklərin edilməsi;
- Şirkətin fəaliyyət təyinatı üzrə SMM hədəflərin təyin etmək;
- SMM üzrə aylıq planların hazır edilməsi;
-Plan üzrə vizualların hazırlanmasına nəzarət etmək;
- Plan üzrə mövzu mətnini (kontenti) hazırlamaq;
- Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz araşdırmalarının aparılması;
- Axtarış platformalarında optimizasiyanı təşkil etmək;
- Şirkət üçün marketinq materiallarının hazırlanması və sifariş olunması;
- Marketinq kampaniyaları və layihələrinin idarəedilməsi;
- Marketinq tədbirlərinin təşkili;
- Müqayisəli şəkildə aylıq nəticələrin hesabatlarının hazırlanması;
- Üst rəhbərinə görülən işlər barədə hesabat verməli;
- Daxili nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etməli;

İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- İş qrafiki: 5 günlük və müvafiq iş saatı həcmi.
- İş yeri: Babək prospekti.
- Əmək haqqı: Müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.

Müraciət etmək istəyən namizədlər CV-lərini hr@asiamotors.az mail ünvanına mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər.
ENSOL şirkətində Nəqliyyat şöbəsinə meneceri vakansiyası aktivdir

Vəzifə və Öhdəliklər:

Nəqliyyat xərclərinin qiymətləndirilməsi və təhlili; Nəqliyyata aid büdcə idarəçiliyi və nəqliyyat xərclərinin optimallaşdırılması; Logistika prosesləri ilə əlaqəli maliyyə axınının əlaqələndirilməsi və istiqamətinin təyin edilməsi; Şöbə işinin təkmilləşdirilməsi, nəqliyyatdan istifadənin səmərəliliyinin artırılmasına yönəlmiş yeni sistemlərin hazırlanması və tətbiq edilməsi ;Şöbə işçilərinə verilən tapşırıqları düzgün və vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi; Nəqliyyatda SƏTƏM qaydalarının tətbiqi və nəzarət edilməsi; Yeni tətbiq olunmuş DYP qaydaları barədə işçi heyyətinə təlimatların aparılması; Yol hərəkəti qaydalarının pozulmasının monitorinqi və səbəblərinin aradan qaldırılması; Nəqliyyat vasitələrinin və ağır tonnajlı texnikaların istismarı və təmiri haqqında bilik və bacarıqlar; Nəqliyyat vasitələrinin və ağır tonnajlı texnikaların istismarı və təmirinə nəzarət edilməsi; Vaxtı-vaxtında texnikalara xidmət göstərilməsinin təşkil edilməsi; Nəqliyyat vasitələrinin və ağır tonnajlı texnikaların ehtiyyat hissələrinin kodlarının çıxarılması; Ehtiyyat hissələrinin alışı və təmir qurumlarının bazası; Ehtiyyat hissələrinin alınmasına və saxlanılmasına nəzarət edilməsi; İşçi heyyətinə iş qrafikinin tərtib olunması və icra olunmasına nəzarət ; Aylıq nəqliyyata dair xərclərin ve hesabatların hazırlanması (məsafə, təmir, yanacaq); Komanda və işçilərin idarə edilməsi; Nəqliyyat logistikası İşə qəbul planlarının formalaşdırılması; İşgüzar yazışmalar; Təhsil və inkişaf; Büdcə idarəçiliyi

Vəzifə funksiyaları üzrə gözləntilərimiz:
Müstəqil iş bacarığı,işində məsuliyyətli olması;
Ezamiyyətlərə hazırlıqlı olması;

Tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@ensol.az elektron ünvanına mövzu yerinə “Nəqliyyat Şöbəsinə Menecer” yazaraq göndərmələri xahiş olunur.

Ensol MMC, Azərbaycanın öndə gələn inşaat və mühəndislik şirkətlərindən biridir.
Forwarded from AzVak - rayonlarda iş
Elektrik tələb olunur (Şuşa)

İşəgötürən: RİCON

Vəzifə funksiyaları üzrə gözləntilərimiz:

Obyektlərin yardımçı istehsalat və xidmət göstərən elektrik təsərüfatının fasiləsiz enerji təchizatını təmin edir;
Elektrik avadanlığının istismar və təmirini təmin edir;
Elektrik enerjisinin qənaətlə işlədilməsinə nəzarəti edir;
Elektrik təsərrüfatlarının istismarı üçün lazım olan sifarişləri və hesablamaları tərtib edir;
Elektrik cihazlara nəzarət edir;
Elektrik qurğularını qış şəaitində işləmək üçün hazırlamaq məqsədi ilə tədbirlər işləyib hazırlayır və onların icrasına nəzarət edir;
Kvalifikasiyaya olan tələblər:
3 ildən yuxarı iş təcrübəsi;
İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
İnşaat norma və qaydalarını bilməlidir

İş şəraitimiz:
Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək (bilik, təcrübə və bacarıqlardan asılı olaraq müəyyən olunur, rəqabətli əmək haqqıdır);
İş qrafiki 6 günlük;
Mehriban komanda;
Perspektivli iş şəraiti;
Şirkətin digər benefitləri

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını "Elektrik (Şuşa)" qeyd etməklə hr@ricon.az email ünvanına Azərbaycan dilində göndərməkləri xahiş olunur.
Avtokar sürücüsü tələb olunur

İşəgötürən: Medsol

Əsas tələblər:

Yaş həddi: 20– 45;
Təcrübə: Minimum 1 il avtokar və elektrokar üzrə sürücülük təcrübəsi
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilməli.

Vəzifə öhdəlikləri:
Yüklərin təhlükəsiz şəkildə anbarda rəflərə yerləşdirilməsi;
Məhsulların yük avtomobillərinə təhlükəsiz yerləşdirilməsi;
Digər yükləmə işlərinin həyata keçirilməsi;
İdarə etdiyi texnikanın işə başlamadan öncə texniki təhlükəsizlik qaydalarına əsasən yoxlanması, sazlığına nəzarət;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etməsi;
Daxili Əmək İntizam Qaydalarına riayət etməsi.

İş vaxtının norması:
5 günlük növbəli iş rejimi;
İstirahət günü: Şənbə və Bazar günü.
Əmək haqqı minimum 600 manatdır.
Sürücünün peşəkarlıq sənədləri (şəhadətnaməsi) tam qaydasında olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "Avtokar sürücüsü" yazmaqla hr@medsol.az e-mail ünvanına göndərə bilərlər.

Şirkət haqqında
2013-cü ildə MEDSOL MMC olaraq qurulan firmamız tibbi avadanlıqların və tibbi sərf materiallarının satışı ilə tibb sektoruna xidmət edir.
Kassir tələb olunur

İşəgötürən: Rotante Food

Restoranımızda ödənişlərin idarə edilməsi vəzifələrini yerinə yetirmək üçün Kassir axtarırıq. Bu vəzifədə siz kredit, debet kartları, nağd şəkildə ödənişləri qəbul edəcək və ümumi müştəri xidməti göstərəcəksiniz. Müştərilər daxil olduqdan sonra onları qarşılayacaq və mövcud ola biləcək hər hansı şikayətləri həll edəcəksiniz. Restoran təcrübəsi olan şəxslərə üstünlük verilir lakin biz iş əsnasında düzgün münasibət qura bilən və iş etikası olan hər kəslə işləməyə hazırıq.

Restoran kassirinin vəzifələri və məsuliyyətləri:

Müştəriləri restorana daxil olan kimi salamlamaq
Bank kartlarından ödənişlərin qəbulu zamanı istifadə etmək və imza almaq
Nağd ödənişlərin qəbulu
Günün sonunda kassanı bağlamaq
Müştəri məmnuniyyəti xidməti və şikayətlərin həllini təmin etmək

Restoran kassiri tələbləri:
Orta məktəb diplomu
Restoran təcrübəsi (üstünlük verilir)
Əsas riyazi bacarıqlar
Müştəri xidməti bacarıqları
Dost xasiyyətli və güclü iş etikası
Çalışma saatları 13:00 – 22:00

Əmək haqqı: 500 manat

CV-nizi info@rotantefood.com e-mail adresinin mövzu hissəsində "Kassir" yazaraq müraciət edə bilərsiniz.
Smeta Mühəndisi tələb olunur

İşəgötürən: Road and Construction

Vəzifə Öhdəlikləri:
Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək
Layihədəki tikinti işlərinin smeta dəyərini hazırlamaq;
Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək;
Smetaların bazar qiymətləri ilə hesablanması;
Sahələrdən gələn texniki hesabatların yoxlanması.

Tələblər:
Ali təhsil (İnşaat üzrə);
Tikinti sahəsində ümumi olaraq 5 ildən yuxarı iş təcrübəsi;
İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
MS Office (Word, Excel), AutoCad proqramlarını yüksək səviyyədə bilməli;
Yüksək səviyyədə analitik-riyazi biliklər;
İnşaat norma və qaydalarını bilməlidir;

İş şəraitimiz:
Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək (bilik, təcrübə və bacarıqlardan asılı olaraq müəyyən olunur, rəqabətli əmək haqqıdır);
İş qrafiki 9.00-18.00;
Şirkətin digər benefitləri

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Smeta Mühəndisi" qeyd etməklə info@randc.az e-mail ünvanına göndərməkləri xahiş olunur.
ŞÜŞƏ USTASI tələb olunur

İşəgötürən: "Glassman" MMC

İş barədə məlumat
- Şüşə və güzgü sahəsində iş təcrübəsi olan əsasəndə radaj işindən anlayışı olan bəy namizədlər tələb olunur
- İş qrafiki 6 iş günü (bazar günü qeyri iş günü)
- İş saat 08:00-dan - 18:00-dək
- Əmək haqqı 500-700 manat (müsahibə əsasında)
- Nahar şirkət tərəfindən verilir
- Ünvan Babək pr. Əlişir Nəvai küç. 10C

Namizədə tələblər
- Bəy namizədlər tələb olunur
- Şüşə və güzgü kəsimlərindən təcrübəsi olmali
- İşində məsuliyyətli cəld və düzgün çalışmalı
- Fiziki cəhətdən sağlam
- Yaş həddi 20-45 arası bəylər

Maraqlanan namizədlər (055) 755-22-55 nömrəsi ilə əlaqə saxlaya bilərlər
və yaxud
hr@glassman.az elektron ünvanına CV-lər göndərə bilərlər.
Yüksək qazancınız ola biləcək asan ofis işi - Əmlak agenti tələb olunur

İşəgötürən: "Rich Estate Baku" əmlak Agentliyi

Vakansiya: Əmlak agenti

Vəzifələri:

Əmlak şirkətində bazaya daxil edilən məlumatları (alqı-satqı) elan saytlarına yerləşdirərərk alıcılara təklif etmək.

Gəlir: Müştəri tərəfindən mənzillər, ofislər, obyektlər bəyənilərsə yüksək məbləğdə qazanc əldə edə bilərsiniz. Şirkət tərəfindən vasitəçilik xidməti üzrə alınan xidmət haqqı 50/50 bölünəcəkdir (50%-i agentə ödəniləcək, 50%-i şirkətə qalacaq).

Əgər yüsək qazanc əldə etmək istəyirsinzsə, aktiv və məsuliyyətli şəxsləri işə dəvət edirik.

Təminatlar:

Hər bir işçi öznəməxsus kompüter, öz iş stolu, abunə nömrəsi (aylıq) və digər şərait ilə təmin olunur. Onu da bildirək ki, iş öyrədilir. Asan ofisdaxili və rahat işdir.

Digər şərtlər:

- Yaş məhdudiyyəti yoxdur,

- İş qrafiki 10.00-19.00-dək,

- Bazar günü istirahət.

Agentliyimiz rəsmi olaraq fəaliyyət görstərir.

İş yerinin ünvanı: Bakı, Xətai metrosu yaxınlığı, Afiyəddin Cəlilov küç. "Meqafan" Ticarət mərkəzi. 1 ci mərtəbə.

Müraciət qaydası: Maraqlanan şəxslər "Əmlak agenti" qeyd edərək 0553886363 (Arzu bəy) Whatsapp nömrəsinə işlə bağlı yaza bilərsiniz.
İş elanları üzrə ixtisaslaşmış Telegram kanallarımız:

☑️ Bütün vakansiyalar: https://t.me/azvakaz

☑️ AzVak 1 : https://t.me/azvak1

☑️ Qadın işləri: https://t.me/qadinisleri

☑️ Təcrübə proqramları: https://t.me/tecrubeproqrami

☑️ Müəllim vakansiyaları: https://t.me/muellimvakansiyalari

☑️ Mühasib vakansiyaları: https://t.me/muhasibvakansiyalari

☑️ Maliyyə sektorunda vakansiyalar: https://t.me/maliyyevakansiyalar

☑️ İKT, kompüter işləri: https://t.me/iktisleri

☑️ Hüquq üzrə vakansiyaları: https://t.me/huquqvakansiyalari

☑️ Turizm, otel, restoran sahələrində vakansiyalar: https://t.me/turizmvakansiyalari

☑️ İnşaatçı, mühəndis, memar vakansiyaları: https://t.me/muhendismemarinsaat

☑️ Sürücü və anbar işləri: https://t.me/surucuanbardar

☑️ Satıcı vakansiyaları: https://t.me/saticivakansiyalari

☑️ Tibb və gözəllik sektorunda vakansiyalar: https://t.me/tibbvakansiyalari

☑️ Marketinq, reklam və mətbuat işləri: https://t.me/reklamvakansiyalari

☑️ Açıq qapı və Karyera günləri - https://t.me/kariyeragunleri

☑️ Whatsapp kanlı -
https://whatsapp.com/channel/0029Va7i0On9xVJWAPU8DB1v

☑️ AzVak Gəncə - https://t.me/gencevakansiyalar

☑️ AzVak - Rayonlarda İŞ - https://t.me/azvakrayonlardais